9 iyun 2011 16:00
Berti Foqts: Mən bu ölkəni sevirəm
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandamızın sükanı arxasından uzaqlaşdırılacağına dair məlumatların artdığı bu günlərdə təkzib dolu açıqlamalar verməkdə davam edir. Azerisport.az xəbər verir ki, o, Almaniya mətbuatına müsahibəsində ən azı tsiklin sonuna kimi postunda qalacağını iddia edib:
“Mən bu ölkəni sevirəm. Azərbaycan çox gözəl ölkədi. Son baş verənlərə, Qazaxıstana və Almaniyaya uduzmağımıza rəğmən, mən baş məşqçi postundan getməyəcəm. Müqaviləmin müddəti tsiklin sonuna kimidi. Ən azı o vaxta kimi burda çalışacağam”.