9 iyun 2011 16:12
Neftçi üçün yeni məşqçi
“Neftçi”nin qapıçılarla işləyən məşqçisi Neboyşa Manoyloviçin yeni köməkçisi olacaq. Azerisport.az xəbər verir ki, bu, son mövsümdə komandanın şərəfini qoruyan Vitali Kovalyov olacaq.
Qeyd edək ki, 34 yaşlı Kovalyov bu günlərdə “Neftçi”nin heyətindən kənarlaşdırılmışdı. Lakin o, oyunçu kimi olmasa da, məşqçi kimi paytaxt klubunda fəaliyyətini davam etdirmək təklifi alıb. Bu isə Vitalinin məhz bu yaşda karyerasını başa vurması deməkdi.
Xatırladaq ki, Kovalyov son illərdə “MKT-Araz”, “Standard”, “Karvan”la yanaşı Türkiyənin “Kartalspor” klubunda çıxış edib. O, “Neftçi”yə də məhz “Kartalspor”dan gəlmişdi.
