9 iyun 2011 16:34

TFF-dən Chelsea`yə Hiddink təhdidi

İngiltərənin “Chelsea” klubu Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkə olan marağını gündən-günə artırdıqca qardaş ölkənin futbol federasiyası da susqunluğunu pozub. Azerisport.az xəbər verir ki, TFF də ingilisləri FIFA-ya şikayət etməklə təhdid edib.

Qeyd edək ki, “Chelsea” tərəfi Hiddinki sükanı arxasına aparmaqda nə qədər maraqlıdısa, hollandiyalı da Londona qayıtmaqda bir o qədər həvəslidi. Lakin Türkiyə futbol təsərrüfatının rəhbərliyi onun tsiklin ortasında rahatca komandanı atıb, İngiltərəyə getməsinə heç də isti baxılmır.
 
Məhz bu üzdən son günlərə kimi “ay-ulduzlular”ın rəhbərliyi Hiddink üçün fantastik qiymətlər oxumaqla qarşı tərəfi həvəsdən salacaqlarını düşünürdülər. Amma bunun da bəhrəsiz qaldığını görən federasiya nəhayət, təhdidə əl atıb. Türklər Hiddink gedəcəyi halda həm onu, həm də “Chelsea”ni FİFA-ya şikayət edəcəklərini iddia edirlər.
 
Qeyd edək ki, 64 yaşlı mütəxəssis vaxtilə “Chelsea”də çalışıb. Lakin onun hazırda TFF ilə uzunmüddətli müqaviləsi var. Türkiyənin AÇ-2012-nin seçmə mərhələsində millimizə rəqib olduğunu da vurğulayaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.