9 iyun 2011 17:45
Abşeron`u Şahin Diniyev çalışdıra bilər
Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev “Abşeron”u çalışdıra bilər. Azerisport.az xəbər verir ki, elitaya bu il çıxan klubu İqor Ponomaryovun da çalışdırması istisna olunmur.
Maraq üçün xatırladaq ki, komandanı birinci divizionda çempion edib, Premyer Liqaya çıxaran Mirbağır İsayev idi. Lakin rəhbərlik onunla müqavilə bağlamağa tələsmir.
Belə ki, “Abşeron”u bir sıra ciddi dəyişiklilər gözləyir. Məsələ burasındadı ki, klub “Azərkimya” ilə müqavilə bağlasa, o zaman “Abşeron”un Sumqayıtı təmsil etməsi variantı da var. Muxtar Babayevin idarə etdiyi “Azərkimya” isə komandada da dəyişikliklər etməyi planlaşdırır ki, buna baş məşqçi postu da aiddi.
