9 iyun 2011 18:01
Millimiz üçün seleksiya xarakterli toplanış
Gələcəkdə yaradılması nəzərdə tutulmuş 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına namizəd futbolçular üçün iyunun 10-dan 12-nə qədər Bakı şəhərində təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, məşqlər AFFA-nın Futbol akademiyasının meydançasında keçiriləcək.
Artıq toplanışa dəvət olunanların siyahısı da məlumdu. Onların siyahısını diqqətinizə çatdırırıq:
İsmayılova Günay, Aşurova Leyla, Əlimova Kader, Məmmədova Lalə, Əsgərova Tamara, Mənsimova Süsən, Hacıyeva Naida, Bağırova Səmayə, Nəzərova Humay, Vəliyeva Nuridə, Səbinə Əhmədova, İsmayılova Nərmin, Sərdarlı Rövşanə, Mollayeva Manə, Məmmədli Laləzar, Leyli Qurbanova, Cəfərzadə Aynur, Mustafazadə Aytac, Vəliyeva Brilliant, Əhmədov Məxmər, Hacıyeva Vüsalə, Hacıyeva Natavan, Məmmədova Şahnaz.
Qeyd edək ki, məşqlər iyunun 10 və 11-də saat 10:00 və 16:00-da, 12-də isə sadəcə saat 10:00-da baş tutacaq.
