9 iyun 2011 11:33

“Belə oynamağa davam etsək, biz evdə daha çox xal toplayacağıq”

Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev AÇ-2012-nin seçmə mərhələsinin Almaniya ilə Bakıda keçirilən oyunundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Almanlarla oyunda yenə sürprizə imza ata bilmədik. Məğlubiyyətə nə səbəb oldu?
- Çox çətin oyun alındı. Rəqib bizdən çox güclü idi. Almanlara hörmətlə yanaşırdıq. Çünki başqa cür ola da bilməzdi. Hər halda dünyanın ən güclü komandalarından biri ilə üz-üzə idik. Amma hər şeyə rəğmən, yaxşı mübarizə alındı. Düzdü, biz öz meydanımızda məğlub olduq. Amma bunun baş verməməsi üçün əlimizdən nə gəlirdisə, etdik.
 
- Son dəqiqələrdə hesab arasındakı fərqi azaldanda, nə düşünürdüz?
- O vaxt düşünürdük ki, hələ hər şey itirlməyib. Ən azından 1 xal qazanmaq imkanımız var idi. Yenə də məğlub olmaq istəmirdik. Almanlar isə əksinə son dəqiqələrdə meydanın bizə aid hissəsində, künc bayraqlarının yanında top saxlamaqla, vaxt öldürməklə məşğul idilər. Bu, çox şeydən xəbər verir.
 
- Amma almanlar da tam güclə oynamırdılar...
- Onlarda olduğu kimi, bizdə də yorğunluq var idi. Buna görə də, sözügedən amili həlledici saymaq olmaz. Bizim başqa epizodlarda fərqlənmək şanslarımız var idi. Təəssüf ki, bu oyunda da hakimlik sözünü dedi. Şəxsən mən Vüqar Nadirovun qol vurduğu epizodda ofsayd olduğu ilə razı deyiləm. Düzdü, istənilən halda biz almanlara uduzmuşuq. Bütün azarkeşlər qarşısında üzr istəyirəm. Onları məyus etdiyimizi bilirik. Xüsusilə də Qazaxıstana məğlub olmaqla. Bu, bizim üçün çox utandırıcıdı.
 
- Razısız ki, Astanada da Almaniyaya qarşı oynadığınız kimi çıxış etsəydiz, o bıabırçı yenilgi ilə üzləşməzdiz?
- Şübhəsiz. Belə oyunla bəlkə də onları böyük hesabla məğlub edərdik. Düzgün qiymətləndirmədik, nəticəsi də belə oldu. Qarşıda 4 oyunumuz var. İndi yığma əlindən gələni etməlidi ki, qazaxlara məğlubiyyətin təsadüfi olduğunu sübut edək. Belə oynamağa davam etsək, biz evdə daha çox xal toplayacağıq.
 
- Qazaxıstana məğlubiyyətdən sonra AFFA prezidenti Rövnəq Abdullayevin sizinlə görüşü oldu. Orda Berti Foqtsun məğlub olacağınız halda istefaya göndərilməsi müzakirə olunub?
- Orda belə söhbət olmadı. Bizi bir qədər danladılar ki, bu da normal idi. Buna baxmayaraq, AFFA prezidenti hətta bizi cəsarətləndirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.