10 iyun 2011 00:01
Millimizin üzvləri Rusiya çempionatında yenə məğlubiyyətə üzüldülər
Çimərlik futbolu üzrə Rusiya çempionatının birinci mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı Emil Cabbarovun çalışdırdığı Saratov “Delta”sı bu dəfə də Moskva təmsilçisiylə qarşılaşıb və məğlubiyyətə üzülüb.
Belə ki, ilk turda Moskva “Stroqino”suna yenilən komanda bu dəfə CSKA ilə bacarmayıb. Yığmamızın üzvlərindən Emin Kürdovla Elvin Quliyevin də çıxış etdiyi Saratov təmsilçisi bu dəfə 4:5 hesabıyla uduzub.
İlk turda məhz “Delta” üzərində qələbəyə sevinən futzal üzrə millimizin qapıçısı Andrey Tveryankinin çıxış etdiyi “Stroqino” isə bu dəfə “Mayna-Vira” ilə qarşılaşıb və növbəti 3 xalını bayram edib - 6:4. Qeyd edək ki, millimizin qapıçısı boş qalmamaq üçün müvəqqəti olaraq gücünü məhz çimərlik futbolunda sınamaqdadı.
