10 iyun 2011 00:02
Beşiktaş daha bir futbolçusuna qapını göstərdi
Türkiyənin “Beşiktaş” klubu daha bir futbolçusu ilə yollarını ayırmağa qərar verib. Azerisport.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Hakan Arıkanla yollarını ayırdığını rəsmən bəyan edib.
Buna isə futbolçunun “Mersin İdmanyurdu”na keçmək istəyi səbəb olub. Belə ki, futbolçu özü də Mersin təmsilçisinə keçməkdə maraqlı olduğundan tərəflər danışıqlar masası ətrafına oturublar və klub rəhbərliyi Arıkandan heç bir haqq istəmədən ona azad agent statusu verməyə razılaşıb. Beləcə, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Artıq azad agent statusuna malik olan Hakan Arıkan dərhal “Mersin İdmanyurdu” ilə müqavilə bağlayıb və karyerasını məhz bu komandada davam etdirəcəyi dəqiqləşib.