9 iyun 2011 00:01
Atletico`nun yeni baş məşqçisinin kimliyi müəyyənləşdi
İspaniyanın “Atletico” klubu yeni baş məşqçi axtarışlarını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, son mövsümü tamamilə boşa verən Madrid klubu nəhayət ki, yeni mövsüm öncəsi baş məşqçisinin kimliyini müəyyənləşdirib.
Belə ki, qarşıdakı mövsümdə “Atletico”nu Qreqorio Mansano çalışdıracaq. Artıq klub rəhbərliyi 55 yaşlı mütəxəssislə 1 illik müqavilə bağladıqlarını rəsmən açıqlayıb.
Qeyd edək ki, La Liqada böyük təcrübəyə malik mütəxəssislərdən sayılan Mansano 2003/04 mövsümündə də “Atletico”nun sükanı arxasında çalışmışdı. Uzun fasilədən sonra rəhbərlik yenidən onunla işbirliyi qurmaq qərarına gəlib. Bu mütəxəssis Madrid klubuyla yanaşı “Mallorca”, “Racing”, “Malaga” və “Sevilla”da da çalışıb.
