9 iyun 2011 12:11
“Şefer Bakı`nın hər oyunundan sonra bir yeşik pivə sifariş edirdi”
Rumıniya mətbuatı “Bakı”nın sabiq baş məşqçisi Vinfrid Şeferlə bağlı maraqlı məqama toxunub. Azerisport.az xəbər veir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin həmyerliləri almaniyalı mütəxəssisin ölkəmizdə çalışdığı vaxt maraqlı adətlərindən yazıblar:
“Hər bir alman pivəni çox sevir. Şefer də istisna olmayıb. O, “Bakı”nın hər oyunundan sonra, komandanın udub-uduzmasından asılı olmayaraq, özü üçün bir yeşik pivə sifariş edirmiş”.
“Hər bir alman pivəni çox sevir. Şefer də istisna olmayıb. O, “Bakı”nın hər oyunundan sonra, komandanın udub-uduzmasından asılı olmayaraq, özü üçün bir yeşik pivə sifariş edirmiş”.
Qeyd edək ki, Şefer hazırda boş olan Rumıniyanın baş məşqçi postuna namizəd göstərilir. Hansı ki, Rednikin də həmin vəzifəni tutmaq ehtimalını səsləndirənlər var.
