9 iyun 2011 00:16
Foqts: Azarkeşlər üçün yaxşı nəticəyə nail olmaq istəyirdik
Yığmamızın baş məşqçisi Berti Foqts AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Almaniya ilə oyunla bağlı növbəti fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis həmyerlilərinə verdiyi açıqlamada bunları dilə gətirib:
“Biz azarkeşlər üçün yaxşı nəticəyə nail olmaq istəyirdik. Çünki onlar bunu bizdən tələb edirdilər. Amma Almaniya tamamilə başqa futbol oynayır, nəinki biz. Mənim oyunçularım üçün bu qarşılaşma böyük təcrübə idi. Fikrimcə, Bakıdakı qarşılaşma gələcəkdə onların daha yaxşı çıxış etməsinə təkan vermiş olacaq. Bundan sonra daha inadla öz üzərimizdə çalışmağa və gələcək uğurlara zəmin hazırlamağa çalışacağıq”.