9 iyun 2011 12:39
İnter`in bəyənmədiyi futbolçu Slavia`da
“İnter”in bu yay bəyənməyib yola saldığı müdafiəçisi Jivko Jelev artıq özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, paytaxt klubuna məxsus olsa da, icarə əsasında “Simurq”da çıxış edən bolqarıstanlı yarımmüdafiəçi bundan sonra vətənində çıxış edəcək.
Belə ki, 1979-cu il təvəllüdlü orta sahə oyunçusu “Slavia” ilə anlaşıb. Bolqarıstan klubu təcrübəli futbolçu ilə 2 illik müqavilə bağlayıb.
