10 iyun 2011 01:11
La Liqa klubunda yeni baş məşqçi
İspanya La Liqa klublarından “Getafe” özünə yeni baş məşqçi tapıb. Azerisport.az xəbər verir ki, bundan sonra komandanı Luis Qarsiya Plasa çalışdıracaq.
Artıq klub rəhbərliyi ilə yeni baş məşqçi arasında 3 illik sözləşmə də imzalanıb. 38 yaşlı mütəxəssisin qarşısında növbəti mövsümdə 6-cı yeri tutmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, Plaza ötən mövsüm “Levante”ni çalışdırırdı. Madridi təmsil edən “Getafe” isə son mövsümün yalnız sonuncu turunda elitada qalmağı bacarmışdı.
