10 iyun 2011 00:43
Turan`da 5 yeni futbolçu
Tovuzun “Turan” klubu yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, Əsgər Abdullayev baş məşqçi postuna gəldikdən sonra öz komandasının yaratmaqla məşğuldu.
Hazırda bölgə təmsilçisi bir neçə futbolçu ilə danışıqlar aparır. Onların arasında Romal Hüseynov, Nizami Hacıyev, Cavid Mirzəyev kimi futbolçular var. Bundan əlavə “Turan” Nadir Nəbiyev və Ruslan Abbasovla da müqavilə bağlamağa çox yaxındı.
