10 iyun 2011 14:45
Qarabağ Rauf Əliyevi 2 aylıq itirdi
Azərbaycanın futbol üzrə yığma komandası və “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev iki aya yaxın yaşıl meydandan kənarda qalmalı olacaq. Azerisport.az xəbər verir ki, buna səbəb forvardın Qazaxıstanla oyunda aldığı zədədi.
Bu üzdən Əliyev milli komandanın Makedoniyaya qarşı və ağdamlılara Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyunlarında kömək edə bilməyəcək.
