10 iyun 2011 15:06
İFF`ın başçısı AFFA`da
AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov ölkəmizdə səfərdə olan İsveç Futbol Federasiyasının prezidenti Lars-Ake Laqrel ilə görüşüb. Azerisport.az xəbər verir ki, baş katib qonağı ölkə futbol ictimaiyyəti adından səmimi salamlayıb. İsveç Futbol Federasiyasının prezidenti ölkəmizə səfərindən böyük məmnunluq hissi keçirdiyini deyib, Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə futbol ictimaiyyətini təbrik edib. Aparılan söhbətlərdə hər iki ölkədə futbolun inkişafı ilə bağlı məsələlər müzakirə olunub, AFFA və İsveç Futbol Federasiyası arasında qarşılıqlı münasibətlərin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. (AFFA)
