10 iyun 2011 15:37
Azərbaycanlı hakimlər İspaniya yığmasının oyununda
Sabah - iyunun 11-də 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Caspian Cup turnirinə start veriləcək. Azerisport.az xəbər verir ki, A qrupunda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan, B qrupunda isə İspaniya, Gürcüstan, Qazaxıstan və Tacikistan yığmalarının mübarizə aparacağı turnirin açılış mərasimi iyunun 11-də, saat 16:30-da, “Dalğa Arena”da keçiriləcək.
Artıq Caspian Cup beynəlxalq turnirinin birinci oyun günü keçiriləcək qarşılaşmalara hakim təyinatları da müəyyənləşib. Həmin təyinatları diqqətinizə çatdırırıq:
11 iyun (şənbə)
Gürcüstan – Qazaxstan
Saat 10:00. Şağan Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Cabbarov Rauf, Həsənov Coşqun, Ramazanov Rahil, Əhmədov Ramil
İspaniya – Tacikistan
Saat 10:00. «Dalğa Arena»
Hakimlər: Həsənov Fuad, Haşımov Mübariz, Abbasov Yaşar, Məmmədov Orxan
Azərbaycan – Qırğızıstan
Saat 17:00. «Dalğa Arena»
Hakimlər: Həsənov Rəhim,Zeynalov Zeynal, Hüseynov Namiq, Məmmədov İnqilab
Türkiyə – Özbəkistan
Saat 19:30. «Dalğa Arena»
Hakimlər: Diniyev Ramil, Məmmədov Rza, Musayev Vaqif, Əsgərov Elvin
