10 iyun 2011 15:54
Adams Qəbələ`ni təriflədi, İngiltərəyə qayıtmaq istəmədi
“Qəbələ”nin ingiltərəli baş məşqçisi Toni Adams ölkəsindən olan jurnalistlərə bir sıra maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin çalışdırıcısı hazırda İngiltərəyə qayıtmaqda elə də maraqlı deyil:
“İndi İngiltərəyə qayıdıb, orda çalışmaq fikrim yoxdu. Bura gələrkən “Arcenal” – “Manchester City” matçını izlədim. Yenidən bu həyəcanı yaşamaq, həmin atmosferi hiss etmək çox gözəl idi. Bilirəm ki, evdə çalışmaq hər bir mütəxəssis kimi mənim üçün də yaxşı olar. Amma mənim hazırkı iş yerim xoşuma gəlir. Hesab etmirəm ki, Azərbaycandakı işimi atıb, bura gəlməyimə ehtiyac var”.

“Təxminən bir aydı vətənimdəyəm. Ailəm və dostlarım üçün çox darıxmışdım. "Qəbələ"dəki işlərim də yaxşı gedir. Son mövsüm komanda ilə uğur qazana bilmədim. Lakin gələn mövsüm çempion olmaqla Çempionlar Liqasında çıxış etmək istəyirik. Təsnifat mərhələsində "Arsenal"la da qarşılaşa bilərdik. Ancaq onlar mübarizəyə pley-off mərhələsindən qoşulacaqları üçün bu, bir qədər inandırıcı görünmür" – deyə, Adams qeyd edib.
İngilis mütəxəssis jurnalistlərin Berti Foqtsa aftafa və tualet kağızı təqdim etməsindən də danışıb:
"Qəbələdə mənim hər şeyim var. Orada olan gözəl gülləri iyləməkdən də həzz alıram. Ümumiyyətlə Azərbaycanda həyat çox maraqlıdı. Orada küçədən inəyin keçməsi də böyük maraq doğurur. Azərbaycanlılar çox emosionaldı. Elə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransında üzləşdiyi aqibət də bunun əyani göstəricisidi. Ancaq mən bu barədə danışmaq istəmirəm".