10 iyun 2011 16:02
Qarabağ`ın Türkiyə toplanışı davam edir (FOTOREPORTAJ)
“Qarabağ” Türkiyədə təlim-məşq toplanışının davam etdirir. Azerisport.az xəbər verir ki, dünən qardaş ölkəyə gedən komanda axşam ilk məşqinə çıxmışdı.
Bu günə isə komandanın iki məşqi nəzərdə tutulmuşdu. Ağdamlılar ilk məşqə trenajor zalında başlayıb. Təxminən yarm saatlıq çalışmanın ardından komanda oteldən 15 dəqiqəlik məsafədə yerləşən futbol meydançasına yollanıb. Maraqlıdı ki, məşq başlar-başlamaz güclü leysan başlayıb. Buna baxmayaraq komandamız məşqi sona qədər davam etdirə bilib.
