10 iyun 2011 16:15
Bakı daha 1 oyunçusu ilə vidalaşdı
"Bakı" daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Bəxtiyar Soltanovla vidalaşıb.
Buna səbəb klubun yarımmüdafiəçi ilə anlaşa bilməməsi olub. İddialara görə, Bəxtiyar klubdan 250 min manat pul tələb edib. "Bakı" isə bu pulu ödəmək istəməyib və tərəflər arasında müqavilə imzalanmayıb.
Hazırda Soltanov özünə yeni klub axtarışındadı. Bəxtiyardan öncə "Bakı"nın Rafael Əmirbəyov, Mahmud Qurbanov, Stefan Barbikoni, Adnan Bərəkət, Juninyo, Ruslan Leviqa, Vyaçeslav Sofroni, Saşa Kaykut, Vaqif Cavadov, Jaba və Leonardo Roşa ilə də yollarını ayırdığını xatırladaq.
