10 iyun 2011 16:45
Gəncə`nin daha bir futbolçusu İnter`də?
Bu günlərdə Samir Zərgərovu heyətinə qatan “İnter”in “Gəncə”nin daha bir futbolçusu ilə müqavilə bağladığı iddia olunur. Azerisport.az xəbər verir ki, son mövsümü bölgə klubunda keçirən Samir Abdulovun da növbəti mövsümdən paytaxt təmsilçisiylə anlaşdığı bildirilir.
Lakin futbolçu özü bu məlumatları təkzib edib. O, “Gəncə” ilə yollarının ayrıldığını təsdiqləsə də, hələlik özünə yeni klub axtarışlarını davam etdirdiyini bildirib: “İnter”lə anlaşmağımla bağlı yazılan xəbərlər həqiqətə uyğun deyil. Bəli, qardaşım həmin komandanın formasını geyinir. Amma "İnter"dən heç kim mənimlə əlaqə saxlamayıb. "Gəncə" ilə muqaviləm mövsümün sonunacan idi. Hazırda klubsuzam. Oynayıb, özümü göstərə biləcəyim bir komandaya keçmək istəyirəm. Hazırda istirahətdəyəm. Fərdi qaydada məşq edirəm. Paytaxt klublarından biri mənimlə maraqlanır. Danışıqlar müsbət yekunlaşsa, muqavilə baglayacam. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək”.
