10 iyun 2011 18:22
Əsədov: Avstriyaya gedənə kimi optimal heyəti müəyyənləşdirəcəyik
“Neftçi”nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində yığma komandamızın son uğursuzluqlarından, komandasının ÇL-in təsnifat mərhələsinə, eləcə də növbəti mövsümə hazırlığından danışıb.
- Hazırlıqlarınız necə gedir?
- Hazırlıqlarımıza iyunun 7-dən başlamışıq. Uşaqları iki qrupa ayırmışam. Bir qrupu tibbi müayinədən keçəndə, digərləri məşq edir. Növbəti gün isə əksin. Artıq braziliyalılar da daxil olmaqla, bütün legionerlərimiz Bakıya qayıdıb. Sadəcə makedoniyalılarla Azərbaycan yığmasının üzvləri komandaya iyunun 13-də qoşulacaqlar.

- Artıq Paulius Qribauskas və Yasin Hima ilə yollarınızı ayırmısız. Daha kimləri komandadan göndərməyi düşünürsüz?
- Hazırlıq prosesimizin Avstriyada keçiriləcək ikinci mərhələsinə kimi optimal heyətimizi müəyyənləşdirməyə çalışırıq. İndi isə həm yeni futbolçulara, həm də gənclərə baxırıq. Odu ki, hələ kimlərin gedib, kimlərin qalacağı dəqiq deyil.
- Yığmamızın son oyunlarını necə dəyərləndirərdiz?
- Hiss olunurdu ki, Qazaxıstana məğlubiyyətdən sonra futbolçular əməlli-başlı dərs çıxarıblar və Almaniya ilə qarşılaşmada tam fərqli futbol sərgilədilər. Amma Almaniya da Almaniyadı. Biz uşaqları bu komanda üzərində qələbə qazanmamağa görə tənqid edə, günahlandıra bilmərik. Amma qazaxlarla oyunda 3 xal qazanmağa borclu idik və həmin oyun tam başqa mövzunun söhbətidi.
- Millidəki yetirmələrinizin – Rail Məlikovla Ruslan Abışovun çıxışını necə qiymətləndirirsiz?
- Fikrimcə, ən yaxşı qiyməti onlara yığmanın baş məşqçisi verə bilərdi. Məncə, həm Ruslan, həm də Rail Qazaxıstanla müqayisədə Almaniya ilə qarşılaşmada daha yaxşı oynadılar. Bilirsiz, mövsümün sonunda oynamaq həmişə çətin olur. Hiss olunurdu ki, uşaqlarda yorğunluq, yüklənmə var. Təkcə mənim futbolçularımda yox, elə əksərində.
- Çoxları Railin oyunundan narazı qalıb...
- Bu suala da baş məşqçi cavab versəydi, daha yaxşı olardı. Ola bilər ki, kimlərsə hansısa oyunçudan narazı qalsın, amma onun çıxışı baş məşqçini qane etsin.
- Bu tsikldə Almaniyaya bizim yığmadan çox qol vuran komanda yoxdu...
- Bu, yığmamızın müsbət cəhətidi. Almanlara qol vurmağımız həqiqətən yaxşı mənada fərqləndirilə bilər. Deməli, biz rəqibdən çəkinməmişik, oynamışıq. Əlbəttə, Almaniya səviyyəcə bizdən çox yüksəkdi. Özü də unutmaq lazım deyil ki, bu seçmə tsikldə bizim üçün çox çətin rəqiblər düşüb. Özü də matçlarımızın çoxunu səfərdə keçirmişik.
- Yəni bizim qalan oyunlarda nəsə etmək şansımız var?
- Qarşıda bizi Belçika, Avstriya və Qazaxıstanla evdə oyunlar gözləyir. Buna görə də hesab edirəm ki, həmin oyunlarda da xal qazana bilərik. Hətta hamısından xal almağımız mümkündü. Hər halda ən azı ötən seçmə tsikllərlə müqayisədə daha çox xal toplayacağımız dəqiqdi.