10 iyun 2011 18:33
AFFA-dan azarkeşlərə çağırış
Xəbər verdiyimiz kimi, sabah – iyunun 11-də, saat 16:30-da, “Dalğa Arena”da 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Caspian Cup beynəlxalq turnirinin açılış mərasimi olacaq. Azerisport.az xəbər verir ki, saat 17:00-da U-17 Azərbaycan yığması turnirdə ilk oyununu keçirəcək.
Futbolçularımız Qırğızıstan yığması ilə qarşılaşacaq. AFFA yığmamızı dəstəkləmək üçün ölkəmizin futbol ictimaiyyətinin nümayəndələrini və azarkeşləri “Dalğa Arena”ya dəvət edir. Turnir çərçivəsində keçirilən oyunlarda stadiona giriş pulsuzdu.
