10 iyun 2011 19:01
Neftçi də Türkiyəyə yollandı
"Neftçi" PFK UEFA Çempionlar Liqasına hazırlıq məqsədilə Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, Komanda üzvləri iyunun 22-dək qardaş ölkənin İsparta şəhərində təlim-məşq toplanışı keçəcək.
Flaqman İspartada yerləşən "Davraz" otelində məskunlaşıb.
Qeyd edək ki, "Neftçi" hazırlıq prosesinin ikinci mərhələsini Avstriyada keçəcək.
