10 iyun 2011 19:26
Neftçi ÇL-in püşkatmasında prezidentlə təmsil olunacaq
“Neftçi” UEFA Çempionlar Liqasının püşkatmasında klub prezidenti Sadıq Sadıqovla təmsil olunacaq. Azerisport.az xəbər verir ki, onunla yanaşı İsveçrənin Nyon şəhərinə paytaxt klubunun İctimaiyyət və Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu da yollanacaq.
Maraq üçün qeyd edək ki, Avropa Liqası və Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimləri eyni gündə - iyunun 20-də təşkil olunacaq. “Qarabağ”, “Xəzər Lənkəran” və AZAL Avropa Liqasında, son çempion “Neftçi” isə Çempionlar Liqasında təmsilçimiz olacaq.
