10 iyun 2011 19:35
FİFA Bakıdakı DÇ-nin emblemini rəsmən tanıdı(FOTO)
Məlum olduğu kimi, gələn il Azərbaycanda 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq FİFA bu çempionat üçün AFFA tərəfindən təqdim olunan rəsmi emblemi qəbul edib.
Qeyd edək ki, emblem ilk olaraq futbolumuzun 100 illiyi münasibətilə təşkil olunan yubiley tədbirində təqdim olunmuşdu. Hansı ki, həmin tədbirdə FİFA prezidenti Yozef Blatterlə yanaşı, UEFA prezidenti Mişel Platini, AFFA prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov da iştirak etmişdi.
Qeyd edək ki, sözügedən dünya çempionatın gələn ilin sentyabr ayının 22-də başlayacaq və oktyabrın 13-də bitəcək.
