10 iyun 2011 20:32
Rövnəq Abdullayev: Foqtsun işindən razıyam
AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının son oyunları barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
«Qazaxıstan yığması ilə oyunun nəticəsi bütün azarkeşlər kimi, məni də məyus etdi. Bizim qələbə qazanmaq imkanımız var idi. Amma bu, futboldur. Futbolun öz qanunları var. Nəzər almalıyıq ki, bizim komandanın səfər oyunlarında qələbəsi çox olmayıb. Futbolçularımızın səfərdə oyunları alınmır.
Almaniya yığması ilə oyuna gəlincə, komandadan narazı deyiləm. Heç olmasa, mübarizə apardılar. Heç kim məğlubiyyətdən sığortalanmayıb. Amma mübarizəsiz uduzmaq başqa şeydir.
Berti Foqtsun işindən razıyam. Onun milli komandada gördüyü işlər göz qabağındadır. Futbolçularımız Almaniya yığması kimi komandaya qarşı sonacan mübarizə apardılar».
