10 iyun 2011 11:35
Neftçi ilk transferini gerçəkləşdirdi
"Neftçi" PFK mövsümlərarası fasilədə ilk transferi həyata keçirib. Azerisport.az xəbər verir ki, flaqman serbiyalı qapıçı Saşa Stamenkoviçi heyətinə qatıb.
Bu gün klubun bazasında "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub. Stamenkoviçlə "2+1 il" şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, Saşa Stamenkoviç paytaxt klubunda 55 nömrəli futbolkanı geyəcək. Belə ki, təqdimat mərasimində klub prezidenti Sadıq Sadıqov ona məhz bu nömrəni verib.
