10 iyun 2011 11:48

Əfran İsmayılov: Türkiyə klubunun təklifinə baxa bilərəm

Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytının suallarını cavablayıb.
 
- Almaniya və Qazaxıstana qarşı son oyunlarımızı necə dəyərləndirərdiz?
- Qazaxıstanda istədiyimiz kimi oynaya bilmədik. Alınmadı. Almaniya ilə də heç-heçə etmək istəyirdik. Amma burda da alınmadı. Düzdü, bu, futboldu. Burda öncədən nə olacağını heç kim bilmir. İnanın ki, iki ardıcıl məğlubiyyətə görə çox məyusuq. İndi sadəcə bu səhvləri qarşıdakı oyunlarda təkrarlamamaq qalır. Almaniya ilə oyunda biz rəqibə müqavimət göstərməyə çalışdıq. Xüsusilə də oyunun əvvəlində. Astanada da elə oynasaydıq, yəqin ki, qazaxlara üç cavabsız qol vurardıq.
 
- Elə isə niyə qazaxlara qarşı həmin oyunu göstərə bilmədiniz?
- Astanaya ancaq qələbə üçün getmişdik. İnanın ki, çox ciddi köklənmişdik. Bu oyun bizim üçün çox vacib və həlledici əhəmiyyətə malik idi. Amma meydanda heç də bütün istədiklərimizi həyata keçirə bilmədik.
 
- Buna nə mane oldu ki?
- Sadəcə oyunumuz alınmadı. Çox pis oynadıq. Heç mən də bilmirəm niyə elə oynadıq. Halbuki həmin oyunda qələbə qazanmalıydıq. Bilirdik ki, belə olan halda hətta rekorda imza atmış olacağıq. Amma... Qarşıda bizi başqa ev oyunları da gözləyir. İnanıram ki, həmin oyunlarda arzumuza çatarıq.
 
- Almaniyaya uduzmağımıza baxmayaraq, iki oyunda almanlara qol vura bilən yeganə komanda məhz Azərbaycandı...
- Fikrimcə, bu, rəqibin bizi lazımınca qiymətləndirməməsindən irəli gəlir. Onlar bizdən nəinki qol, hücum da gözləmirdi. Mesut Özilin qolu təsadüfən alındı. Bizdə isə əksinə bir neçə epizodda bəxtimiz gətirmədi.
 
- Yəqin ki, Almaniya da bizdən belə oyun gözləmirdi...
- Xüsusilə də ilk 20-30 dəqiqədə sərgilədiyimiz oyunu yəqin ki, heç kim gözləmirdi. Almanlar da məhz onda başa düşdülər ki, asan təslim olmaq fikrimiz yoxdu. Əlbəttə, səviyyə fərqi də var. Özü də çox böyükdü. Bu da sözünü dedi.

- Bu günlərdə Türkiyə mətbuatında yenə iddia qaldırdılar ki, “Göztepe” sizi, Maksim Medvedevi və Rauf Əliyevi heyətinə qatmağa çalışır...
- Bu komandanın nümayəndələri hələ “Neftçi” ilə oyunumuzu izləmək üçün Quzanlıya gəlmişdi. Mən onlarla danışdım. Əgər onların qarşısında əsas məqsəd Superliqaya çıxmaq olsa, mən onların təklifinə baxa bilərəm.
 
- Əgər “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə düşsə də belə, onların təklifinə baxacsız?
- Mən bax buna görə də onlara dərhal cavab vermədim. “Qarabağ” qrup mərhələsinə düşsə, təbii ki, komandamda qalmaq daha perspektivli alınar. Ümumiyyətlə, mən qarşısında ciddi məqsədi olmayan birinci liqa komandasında çıxış etmək istəmirəm.
 
- Avroliqanın ilkin mərhələsində elə də güclü rəqiblərlə qarşılaşmayacaqsız...
- Bilirsiz, əslində belə turnirlərdə zəif rəqib olmur. Hamı çıxıb ürəkdən oynayır ki, qələbə qazansın. Məsələn, bizdə necə olmuşdusa, elə. “Visla” bizdən güclü idi, “Rosenborg” da həmçinin. Heç kim inanmazdı ki, biz onları keçə bilərik. Amma biz buna nail olduq. Odu ki, biz də bütün rəqiblərimizi lazımınca dəyərləndirməliyik. Əks halda özümüz də oxşar aqibətlə üzləşə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.