10 iyun 2011 11:57
Sadıq Sadıqov: Onun ümidlərimizi doğruldacağına inanırıq
"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov 26 yaşlı serbiyalı qapıçı Saşa Stamenkoviçin transferinə münasibətini bildirib. Azerisport.az xəbər verir ki, qolkiperə uğurlar arzulayan “ağ-qaralar”ın rəhbəri bunları dilə gətirib:
"Məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdi. Buna görə də "Neftçi"yə yalnız səviyyəli legionerlər cəlb etməyə çalışırıq. Saşa Stamenkoviç Serbiyanın ən güclü klublarından olan "Srvena Zvezda"nın şərəfini qoruyub. Onun Çempionlar Liqasında "Neftçi"nin uğurlu nəticə göstərməsinə kömək edəcəyinə və ümidlərimizi doğruldacağına inanırıq".
