10 iyun 2011 00:06
Montella Roma`dan getdi, Barcelona`nın baş məşqçisi gəlir
İtaliyanın “Roma” klubunun baş məşqçisi Vinçentso Montella paytaxt klubuyla yollarını rəsmən ayırıb. Azerisport.az xəbər verir ki, artıq o, özünə yeni iş yeri də tapıb.
Belə ki, “Roma”nın yeni rəhbərliyinin saxlamaq istəmədiyi Montella növbəti mövsümdən etibarən “Catania”nın sükanı arxasında çalışacaq və doğma klubuna rəqib olacaq.
Qeyd edək ki, son mövsümün gedişində Klaudio Ranyerinin istefası nəticəsində onun yerinə gətirilən Montella yeni mövsümdə də “Roma”da qalmaq istəyirdi. Lakin klubun yeni sahibi olan amerikalılar daha güclü komanda yaratmaqda maraqlı olduğundan, onu saxlamaq istəmədiyini bildirib.
Amerikalı sahibkarların “Roma”ya gətirmək istədiyi məşqçinin kimliyi də bəllidi. Belə ki, artıq klubun yeni rəhbərliyinin İspaniyanın “Barcelona” klubunun B komandasını çalışdıran Luis Enrike ilə anlaşdığı iddia olunur. İspaniyalı gənc məşqçi də bunu təsdiqləyib və onların yaxın günlərdə rəsmi müqavilə bağlayacağı bildilir.
