10 iyun 2011 12:14
Yığmamızın Ukrayna ilə oyun üçün heyəti açıqlandı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası iyunun 15-dən 20-dək Kiyev şəhərində təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində futbolçularımız iyunun 17-də, 18-də və 19-da Ukrayna yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Millimizin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Elvin Quliyev, Emin Kürdov, Vaqif Şirinbəyov, Elnur Əhmədov, Namiq İsgəndərov, Ramil Əliyev, Elşən Hüseynov, Namiq Həsənov, Nahid Mehrəliyev, Əbdül Əliyev.
