10 iyun 2011 12:17
"Neftçi`də oynamaq mənim üçün böyük şərəfdi"
Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" artıq ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, flaqman Serbiyanın "Crvena Zvezda" klubunun qapıçısı Saşa Stamenkoviçlə 2+1 illiyinə müqavilə imzalayıb.
"Neftçi"yə transferi haqda təəssürastlarını bölüşən Stamenkoviç komandasının uğurları üçün çalışacağını bildirib: "Bilirəm ki, "Neftçi" Azərbaycanın ən köklü klubudu. Belə bir komandada oynamaq mənim üçün böyük şərəfdi. Var qüvvəmlə çalışıb, "Neftçi"nin Çempionlar Liqasında və Azərbaycan çempionatında uğur qazanmasına yardım edəcəyəm".
