10 iyun 2011 00:18
Xəzər Lənkəran üçün şad xəbər
Futbol üzrə Rumıniya yığma komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bir müddət öncə baş məşqçi vəzifəsindən istefa verdiyini açıqlayan Mirça Luçeskunun oğlu Razvan Luçeskunun boş qalan postu George Haciyə tapşırılıb.
Rumıniya Futbol Federasiyası ilə Haci arasındakı danışıqlar ötən gün bəhrəsini verib. Razılıq əldə olunan kimi federasiya prezidenti Mirça Sandu bu haqda rəsmi açıqlama ilə çıxış edib. Həmçinin RFF-nin rəsmi saytında da Hacinin təyinatı təsdiqlənib.
Qeyd edək ki, bu, George Hacinin Rumıniya yığmasında ikinci baş məşqçiliyi olacaq. O, 2001-ci ildə də eyni postu tutub. Hacinin son iş yeri isə Türkiyənin “Galatasaray” klubu olub.
Hacinin Rumıniya yığmasının sükanı arxasına keçməsilə namizədlər arasında olan Mirça Rednikin də “Xəzər Lənkəran”dan getməyəcəyi dəqiqləşib.
