11 iyun 2011 19:20
Neftçi Türkiyə toplanışına start verdi
UEFA Çempionlar Liqasına hazırlıq məqsədilə Türkiyənin İsparta şəhərinə yollanan "Neftçi" PFK məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, bu gün səhər məşqində flaqmanın üzvləri test veriblər.
Komandanın məşqçisi Mehmet Ak futbolçulardan fiziki hazırlıq üzrə test götürüb. "Neftçi"nin axşam məşqi də nəzərdə tutulub. Ümumiyyətlə, "ağ-qaralar" bundan sonra hər gün 2 dəfə məşqə çıxacaqlar.
Qeyd edək ki, İspartada təşkil olunan təlim-məşq toplanışı iyunun 22-dək davam edəcək.
