11 iyun 2011 19:23
“Rəqibdən fiziki hazırlıq baxımından geri qaldıq”
Tacikistan U-17 yığmasının baş məşqçisi Numonson Yusupov Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində bu gün keçirilən İspaniya ilə oyunlarını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:6 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Futbolçularımız ilk dəfədi ki, beynəlxalq turnirdə iştirak edirlər. Buna görə bir qədər özlərini itirdilər. İspaniya kimi güclü komandaya qarşı beynəlxalq təcrübəsi olmayan futbolçuların oynaması çox çətindi. Rəqib futbolçu qırmızı vərəqə aldıqdan sonra müəyyən dəyişiklik etməyə çalışdıq. Lakin futbolçularımız verilən tapşırıqları yerinə yetirə bilmədilər. Fiziki hazırlıq baxımından da rəqibdən geri qaldıq”.
