11 iyun 2011 19:35
Qarabağ`dan maneələrə rəğmən davam
“Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hər gün 2 məşq yerinə yetirən Ağdam klubu getdikcə sürəti artırmaqdadı.
Fiziki gücün artırılmasına əsaslanan çalışmalarda futbolçuların əzmli olması diqqətdən qaçmır. Dünən axşamkı çalışma 17:00-a planlaşdırılsa da, məşq yarım saat gec baş tutub. Qızılcahamamda olan ənənəvi şiddətli leysan komandanın avtobusunun 30 dəqiqə hərəkət etməsinə səbəb oldu. Yalnız yağış səngidikdən sonra komanda meydançaya yollana bildi.
Çalışma təxminən 90 dəqiqə davam edib. Öncə 2-li qruplarda “kvadrat” oynayan futbolçular ardınca meydanboyu fərqli toplu çalışmalar yerinə yetiriblər.
Bu gün isə səhər çalışması yerli vaxtla 10:30-da baş tutub. Yenə ilk olaraq “kavdrat” oynayan futbolçular ardınca müəyyən koordinasiya hərəkətləri yerinə yetirdilər. Ardınca müəyyənləşdirilmiş maneələri dəf edərək qapılara zərbə üzərində işlənilib.
