11 iyun 2011 20:43
Bakı`nın sabiq baş məşqçisi Polşa klubunu çalışdıra bilər
"Bakı"nın sabiq baş məşqçisi Vinfrid Şefer Polşanın "Belchatov" klubunu çalışdıra bilər. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytında da xəbər yayılıb.
Klub prezidenti Martsin Şimçik bildirib ki, Şefer onlara bir menecer şirkəti tərəfindən təklif olunub. Lakin o, hələlik qərar vermədiklərini açıqlayıb: "Mən yerli və ya əcnəbi baş məşqçiyə üstünlük verəcəyimizi deyə bilmərəm. Biz gözlədiyimiz nəticələri verə bilən mütəxəssis axtarırıq. Hər şey yaxın günlərdə həllini tapmalıdı".
Qeyd edək ki, Vinfrid Şefer "Bakı"ya 2010-cu ilin iyulundan 2011-ci ilin yanvarınadək rəhbərlik edib.
