11 iyun 2011 23:15
Komandası darmadağın etdi, baş məşqçi narazı qaldı
Gürcüstan U-17 yığmasının baş məşqçisi Vasil Maisuradze Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində keçirilən Qazaxıstanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 5:1 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“İlk növbədə Caspian Cup beynəlxalq turnirinin yüksək səviyyədə təşkilatçılığına görə AFFA-ya minnətdarlığımı bildirirəm. Oyuna gəlincə, əldə olunan nəticədən razı qalsam da, komandamın göstərdiyi oyun məni qane etmədi”.
