11 iyun 2011 23:20
Qazaxıstan növbəti oyuna daha ciddi hazırlaşacaq
Qazaxıstan U-17 yığmasının məşqçisi Nikolay Stoyakin Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində Gürcüstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:5 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Rəqibə layiqli müqavimət göstərsək də, sonda nəticə bizim xeyrimizə olmadı. Gürcüstan yığması ilə oyunda təcrübəsizlik öz sözünü dedi. Uşaqlar verilən tapşırıqları yerinə yetirə bilmədilər. Növbəti oyuna daha ciddi hazırlaşacağıq”.