11 iyun 2011 11:40

“XL-ın qarşısına qrup mərhələsinə çıxmaq vəzifəsi qoyulub”

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına müsahibəsində komandanın transfer siyasətindən, eləcə də ölkəmizi təmsil edəcəkləri Avropa Liqasındakı planlarından danışıb.
 
- “Xəzər Lənkəran” mövsümlərarası fasilədə nə qədər futbolçu almağı planlaşdırır?
- Komandamız avrokuboklar öncəsi güclənmək istəyir. Buna görə də güclü futbolçular almaq istəyirik. Əsas söz baş məşqçinindi. O, kimi məsləhət biləcəksə, onu da alacağıq. Əsas odu ki, alınan futbolçu komandaya fayda verə bilsin. XL Avropa Liqasında yüksək səviyyədə çıxış etmək istəyir. Bu arzumuzu həyata keçirməyə kömək edə biləcək futbolçular alacağıq.
 
- Səs-küylü transferlər gözləməyə dəyər?
- Biz həmişə azarkeşlərimizi sevindirmişik. Əsas göstərici futbolçunun sərgilədiyi oyundu. Əgər futbolçu yüksək səviyyəli oyun sərgiləyirsə, qiymət bizim üçün o qədər də önəmli olmur, onu götürürük. Yaş da önəmli məqamlardandı. Mümkün qədər gənc futbolçularla güclənməyə çalışırıq. Yəni ən azı bir neçə mövsüm komandaya kömək edə biləcək futbolçular. Böyük transferlər olacaq. Amma məhz ulduz futbolçu almaq haqda düşünmürük. Bizə onların adı yox, yüksək səviyyəli oyun lazımdı.
 
- Artıq yenilərin adları bəllidi?
- Hələlik konkret ad çəkə bilmərəm. Hamısı iyunun 16-dan sonra məlum olacaq. Komanda məhz həmin tarixdən etibarən hazırlıqlara başlayacaq. Təlim-məşq toplanışımızın gedişində bir sıra futbolçuları baxışdan keçirəcəyik. Məhz ondan sonra kimləri heyətimizə qatacağımıza aydınlıq gələcək.

- Avropa Liqasında komandanın qarşısına hansı məqsəd qoyulub?
- Komandanın qarşısına maksimum vəzifə qoyulub – qrup mərhələsinə vəsiqə qazanmaq. Çünki komandanın heyəti böyük məqsədlər uğrunda mübarizə aparmağa imkan verir. Hesab edirəm ki, bu yay baş tutacaq transferlərdən sonra XL daha yaxşı oyun sərgiləməyə başlayacaq. Buna görə də komandanın baş məşqçisi Mirça Rednikin qarşısına qrup mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulub.
 
- Tezliklə Avroliqanın püşkatma mərasimi olacaq. XL üçün təxminən necə komanda arzulayırsız?
- Biz istənilən kluba qarşı oynamağa hazırıq. Amma gizlətmirəm ki, daha çox öz səviyyəmizə uyğun klublarla düşməyimizi daha çox istərdik. Yadınızdadırsa, biz Zaqreb “Dinamo”suyla düşəndə çox yaxşı futbol sərgiləsək də, nəticə qazana bilməmişdik. Bu dəfə isə ortabab komandalarla düşməyi arzulayırıq. Hər şeydən önəmlisi isə odu ki, biz öz gücümüzü hər kəsə göstərə bilək. XL uğur qazanmağa borcludu.
 
- Komanda ev oyunlarını harda keçirəcək?
- Keçən dəfə olduğu kimi, bu dəfə də Lənkəranda oynayacağıq. Çünki evdə azarkeşlər tərəfindən komandamıza möhtəşəm dəstək olur. İstənilən rəqib Lənkəranda oynamağın fərqindədi. Buna görə də ev oyunlarımızı doğma arenada keçirəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.