11 iyun 2011 00:04
Vaqif Sadıqovun komandası zirvəni buraxmır
Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun məşqçi kimi çalışdığı “Anji” klubu hesabat turunu qələbə ilə başa vurub.
Mahaçqala təmsilçisi evdə Nalçik “Spartak”ını qəbul edib. Qarşılaşma həmyerlimizin komandası üçün yaxşı başlayıb. Artıq 20-ci dəqiqədə Mahaçqala klubunun braziliyalı ulduzu Roberto Karlos dəqiq zərbə ilə hesabı açıb. 61-ci dəqiqədə isə Yan Qolenda komandasının ikinci qolunu vurmaqla yanaşı, həm də yekun nəticəni müəyyənləşdirib – 2:0.
Bu qələbə “Anji”ni Premyer Liqanın üst pillələrində saxlayıb. Belə ki, Sadıqovun komandası hazırda 1 oyun az keçirən CSKA ilə birgə zirvəni bölüşür.
| 1 | CSKA Moscow | 11 | 6 | 4 | 1 | 21 | - | 9 | 22 |
| 2 | Anzhi Makhachkala | 12 | 6 | 4 | 2 | 12 | - | 8 | 22 |
| 3 | Kuban Krasnodar | 12 | 6 | 3 | 3 | 15 | - | 11 | 21 |
| 4 | Zenit Petersburg | 12 | 5 | 5 | 2 | 19 | - | 12 | 20 |
| 5 | Dinamo Moscow | 12 | 5 | 5 | 2 | 16 | - | 14 | 20 |
| 6 | Lok. Moscow | 12 | 5 | 4 | 3 | 19 | - | 12 | 19 |
| 7 | Rubin Kazan | 11 | 4 | 5 | 2 | 15 | - | 10 | 17 |
| 8 | Spartak Moscow | 11 | 5 | 1 | 5 | 11 | - | 14 | 16 |
| 9 | FC Krasnodar | 11 | 2 | 5 | 4 | 8 | - | 14 | 11 |
| 10 | Tomsk | 12 | 3 | 5 | 4 | 13 | - | 18 | 14 |
| 11 | Volga Nyzhnyi | 11 | 4 | 1 | 6 | 12 | - | 9 | 13 |
| 12 | FK Rostov | 11 | 3 | 3 | 5 | 14 | - | 14 | 12 |
| 13 | Amkar | 12 | 3 | 3 | 6 | 10 | - | 17 | 12 |
| 13 | Terek Grozny | 12 | 3 | 3 | 6 | 9 | - | 16 | 12 |
| 15 | Spartak Nalchik | 12 | 1 | 6 | 5 | 10 | - | 16 | 9 |
| 16 | Krylya Sovetov Samara | 12 | 1 | 5 | 6 | 7 | - | 17 | 8 |
