11 iyun 2011 00:08
Galatasaray`ın növbəti transferi
Türkiyənin “Galatasaray” klubu da növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, İstanbul klubu Selçuk İnanın ardından “Trabzonspor”la sözləşməsi başa çatan Ceyhun Gülselamı da heyətinə qatıb.
Qeyd edək ki, “Galatasaray” “Trabzonspor”un ən güclü orta saha oyunçularından olan Ceyhun Gülselam ilə xeyli müddət idi maraqlınırdı. Lakin futbolçu “Trabzonspor”da istədiyi qədər forma şansı qazana bilmədiyi üçün komandada qalmaq istəməyib.
Maraq üçün qeyd edək ki, bu transferdə daha çox Fatih Terim amili sözünü deyib. Məsələ burasındadı ki, Ceyhuna ilk dəfə milli komanda formasını geymək şansını məhz Terim veribmiş “İmperator”un yeni komandasında onu da görmək istəməsi keçidin qısa zamanda həllinə gətirib çıxarıb. Artıq “Galatasaray” bu haqda rəsmi açıqlama yayaraq, Gülselamın “sarı-qırmızılı” formanı geyəcəyini təsdiqləyib.
