11 iyun 2011 12:14
Turan iki futbolçunun transferini bitirdi
"Turan" ilk transferlərini həyata keçirib. Azerisport.az xəbər verir ki, artıq Tovuz klubu 2 futbolçuyla müqavilə imzalayıb.
Belə ki, bölgə təmsilçisi "Gəncə"nin futbolçusu Ramal Hüseynovu və "Qəbələ"nin yarımmüdafiəçisi Namiq Əliyevi sıralarına qatıb. Tovuzlular hər iki futbolçuyla 1 illik müqavilə imzalayıblar.
Onu da qeyd edək ki, Əsgər Abdullayevin transfer siyahısında başqa bir neçə futbolçu da var.
