11 iyun 2011 21:12
Dörd oyun, dörd darmadağın (YENİLƏNİB)
Bu gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Caspian Cup turnirinə start verilib. Azerisport.az xəbər verir ki, turnirin A qrupunda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan, B qrupunda isə İspaniya, Gürcüstan, Qazaxıstan və Tacikistan yığmaları mübarizə aparır.
Qeyd edək ki, ilk oyun gününün artıq iki görüşü başa çatıb. Gürcüstan – Qazaxıstanı, İspaniya isə Tacikistanı böyük hesabla məğlub edib.
Millimiz isə ilk sınağında Qırğızıstanla qarşılaşıb. Elə Təbriz Həsənovun yetirmələri də ilk oyununda darmadağına imza atıb. Günün son matçında isə Türkiyə yığması Özbəkistan üzərində 6 cavabsız qolla qələbə qazanıb. Beləcə, ilk oyun günündəki 4 oyunun hamısında darmadağın qeydə alınıb.
Sabah ikinci tur çərçivəsində aşağıdakı qarşılaşmalar baş tutacaq: Tacikistan - Gürcüstan, Qazaxıstan - İspaniya, Özbəkistan - Azərbaycan, Qırğızıstan - Türkiyə.
Caspian Cup
11 iyun
Gürcüstan – Qazaxıstan – 5:1
Şağan Olimpiya İdman Kompleksi
İspaniya – Tacikistan – 6:0
“Dalğa Arena”
Azərbaycan – Qırğızıstan - 3:0
“Dalğa Arena”
Qollar: Кənan Маnаfоv, 16 (1:0), David Qarayev, 51 (2:0), Ruslan Nəsirli, 55 (3:0)
Türkiyə – Özbəkistan - 6:0
“Dalğa Arena”
