11 iyun 2011 00:31
Qarabağ İran çempionu ilə qarşılaşa bilər
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” bu turnirə hazırlıq məqsədilə yollandığı Türkiyənin Qızılcahamam bölgəsindəki təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun komandası qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bir sınaq matçı keçirməyi də planlaşdırır.
Sözügedən qarşılaşmanın elə Avroliqanın püşkü atılan gündə - iyunun 20-də keçirilməsi nəzərdə tutulur. Rəqib isə böyük ehtimalla İran çempionu “Sepahan” olacaq.
