11 iyun 2011 13:01
Azərbaycanlılar yenə Rusiya çempionatında məğlub oldular
Çimərlik futbolu üzrə Rusiya çempionatının birinci mərhələsinin üçüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı Emil Cabbarovun çalışdırdığı Saratov “Delta”sı bu dəfə də məğlubiyyətə üzülüb.
Belə ki, ilk turda da məğlubiyyətə düçar olan komanda bu dəfə “Mayna-Vira” ilə bacarmayıb. Yığmamızın üzvlərindən Emin Kürdovla Elvin Quliyevin də çıxış etdiyi Saratov təmsilçisi bu dəfə 3:6 hesabıyla uduzub.
Futzal üzrə millimizin qapıçısı Andrey Tveryankinin çıxış etdiyi “Stroqino” isə bu dəfə də qələbəyə sevinib. Onun komandası paytaxt derbisində digər Moskva təmsilçisi CSKA-dan güclü olub. Qeyd edək ki, millimizin qapıçısı boş qalmamaq üçün müvəqqəti olaraq gücünü məhz çimərlik futbolunda sınamaqdadı.
