12 iyun 2011 12:47
Millimizin oyununun vaxtı dəyişdirildi
Caspian Cup beynəlxalq turnirində bu gün keçiriləcək iki oyunun başlama saatı dəyişdirilib. Azerisport.az xəbər verir ki, Özbəkistan – Azərbaycan oyunu saat 16:30-da, Qırğızıstan – Türkiyə qarşılaşması isə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, hər iki oyuna daha əvvəl açıqlanmış təqvimlə müqayisədə 30 dəqiqə tez start veriləcək.
