12 iyun 2011 01:18
Türkiyə yığmasının baş məşqçisi: Bütün rəqiblərə hörmətlə yanaşırıq
Türkiyə U-17 yığmasının baş məşqçisi Tahir Karapınar Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində Özbəkistana qarşı keçirdikləri oyunla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, “ay-ulduzlular”ın çalışdırıcısı 6:0 hesablı qələbə qazandıqları görüşü belə şərh edib:
“İkinci hissədə daha yaxşı oynadıq. Özbəkistan yığması barədə hər hansı məlumatımız yox idi. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Kobudluqdan uzaq bir futbol izlədik. Buna görə rəqibimizə təşəkkür edirik. Oyundan-oyuna daha da inkişaf etmək istəyirik”.
