12 iyun 2011 01:27
“Türkiyə yığması həm taktiki, həm də fiziki cəhətdən güclü oynadı”
Özbəkistan U-17 yığmasının baş məşqçisi Dilşod Nuraliyev Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində Türkiyəyə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:6 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Türkiyə yığması bizdən həm taktiki, həm də fiziki cəhətdən güclü oynadı. Qapıçımızın səhvindən ilk qolu buraxdıqdan sonra hücuma atıldıq. Hesab 1:0 olarkən dirəkdən dönən top qapıdan keçsəydi, bəlkə də nəticə başqa cür ola bilərdi”.